Ceyranbatanda 10 şagirdin zəhərlənməsi ilə bağlı YENİ AÇIQLAMA

Ceyranbatanda 10 şagirdin zəhərlənməsi ilə bağlı YENİ AÇIQLAMA

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə şagirdlərin popkorndan zəhərləndiyi barədə məlumat təsdiqini tapmayıb. Hadisə zamanı özünü pis hiss edən şagirdlərə tibbi yardım göstərilib.

Xəbəraxını xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, tibb müəssisəsindən əldə olunan məlumata əsasən, qida zəhərlənməsi faktı qeydə alınmayıb.

Məlumata görə, oktyabrın 29-da məktəbdə dərs zamanı bir neçə şagirdin səhhətində narahatlıq yaranıb. Məktəb rəhbərliyi hadisəni dərhal nəzarətə götürərək təcili tibbi yardım xidmətinə məlumat verib. Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata əsasən, saat 15:50-də məktəbdən təcili tibbi yardım çağırışı daxil olub. Hadisə yerinə göndərilən briqada səkkiz nəfərə yerində tibbi yardım göstərib.

Qeyd edək ki, ilkin məlumatlarda məktəbin 10 şagirdinin zəhərləndiyi, onların popkorndan zəhərlənə biləcəyi iddia olunurdu. AQTA məsələni nəzarətə götürərək araşdırma aparıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir