Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayev barəsində məhkəmə hökmü çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Cahid İsayev verilmiş ittihamlar üzrə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Rusiya vətəndaşı olan Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səfər edərkən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
O, Cinayət Məcəlləsinin 281.2, 281-1.2 və 283.2.1-ci maddələri ilə ittiham olunub.
