Bu gün saat 12:00-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun Buzovna dairəsi yaxınlığında nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq olunacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yol qovşağında yerləşən 90 kubmetr həcmli nasosxana anbarında təmizlik işləri aparılacaq.
İşlərlə əlaqədar avtomobil yolunun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərdən yolda diqqətli olmaları, yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
