Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Sentyabrın 6-da üzrlü səbəbdən cari ilin buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün keçirilən imtahanların nəticələri açıqlanıb.
Həmin tarixdə buraxılış və Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edənlər nəticələrini elektron qaydada yoxlaya bilərlər.
Şagirdlər iş nömrəsi, yəni 8 rəqəmli şagird kodu, və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və ya FİN kodu vasitəsilə imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsvirinə də baxa bilərlər.
Nəticələr Dövlət İmtahan Mərkəzinin elektron xidmət portalında təqdim olunur.
