Bu qurumda maaşların kəskin artırılacağı gözlənilir

Bu qurumda maaşların kəskin artırılacağı gözlənilir

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılacaq. Pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi nəzərə alınmaqla təyin ediləcək.

Xəbəraxını xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.

Sığorta mexanizminin gücləndirilməsi ilə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsasında hərbçilərə ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.

Bununla yanaşı, pensiya məbləği ilə yanaşı, mövcud qanunvericilikdə nəzərdə tutulan əmək pensiyasına qulluq stajına görə əlavə əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.

Qeyd olunub ki, islahat hərbçilərin daha uzun müddət xidmətdə qalmasını stimullaşdıracaq. Belə ki, xidmət müddəti artdıqca onların vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, eləcə də pensiya kapitalları artacaq. Bu isə gələcəkdə daha yüksək pensiya almağa imkan yaradacaq.

İslahatın hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, pensiyaların elektron qaydada, hər hansı ünvana getmədən və qısa müddət ərzində təyin olunmasına imkan verəcəyi bildirilib.

Bundan əlavə, Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqlarının vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacağı qeyd edilib.

Təklif olunan yeni yanaşmaya əsasən, pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılacaq və fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiyanın məbləği formalaşdırılacaq.

Həmçinin baza maaşı olan vəzifə maaşının rütbə maaşı ilə əvəz edilməsi, rütbə maaşının həcminin isə 70 faizə çatdırılması təklif olunur. Bunun hərbçilərin rifahını artıracağı və onları daha uzun müddət xidmət etməyə stimullaşdıracağı bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir