Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə xəbərdarlıq: Hesablarınız ələ keçirilə bilər!

Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə xəbərdarlıq: Hesablarınız ələ keçirilə bilər!

WhatsApp hesablarının başqa cihazlarda aktivləşdirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.

Xəbəraxını xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son günlər vətəndaşların WhatsApp hesablarını digər cihazlarda aktivləşdirmək üçün birdəfəlik təsdiqləmə (OTP) kodları alması halları müşahidə olunur. Bu cür mesajlar istifadəçi hesablarını ələ keçirməyə yönələn kiberhücum cəhdləri ilə əlaqəli ola bilər.

Baş Prokurorluq vətəndaşları şəxsi hesablarının təhlükəsizliyini qorumağa çağırıb. Qurum ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyi, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyi tövsiyə edib.

Həmçinin vurğulanıb ki, birdəfəlik təsdiqləmə kodlarını heç bir halda başqa şəxslərlə paylaşmaq olmaz.

Rəqəmsal təhlükəsizliyin qorunması üçün istifadəçilərə şəxsi məlumatlarına qarşı diqqətli olmaları tövsiyə edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir