Gecə saatlarında Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Abdulvahab Salamzadə küçəsində qeydə alınıb.
Belə ki, qəza törədən “Mersedes” markalı avtomobil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
