Bakıda Vətən müharibəsi qazisi qətlə yetirildi – 33 yaşlı Rahib Əminov öldürüldü

Bakıda Vətən müharibəsi qazisi qətlə yetirildi – 33 yaşlı Rahib Əminov öldürüldü

Vətən müharibəsi iştirakçısı olan 33 yaşlı Rahib Əminov qətlə yetirilib. Hadisə paytaxtın Qaradağ rayonunda baş verib.

Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az “Unikal”a istinadən məlumat yayıb.

Məlumata görə, qətl Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Rahib Əminov Vətən müharibəsində könüllü iştirak edib və döyüşlər zamanı yaralanıb. O, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Hadisənin hansı şəraitdə baş verdiyi və qətllə bağlı şübhəli şəxslərin olub-olmadığı barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir