Bakıda və Abşeronda yeni kanalizasiya sistemi qurulur – VİDEO

Bakıda və Abşeronda yeni kanalizasiya sistemi qurulur – VİDEO

Bakı və Abşeron yarımadasında su təsərrüfatı infrastrukturunun yenilənməsi istiqamətində yeni layihələr həyata keçirilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, 2026–2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində Müşfiqabad hövzəsində gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir.

Layihə Xırdalan şəhəri, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində yaranan tullantı sularının vahid sistemdə toplanaraq daşınmasını və müasir texnologiyalarla təmizlənməsini təmin edəcək.

Yeni infrastrukturun Ceyranbatan Su Anbarı ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına və sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəyi bildirilir. Layihə həmçinin ərazidə ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.

Layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. İşlər tamamlandıqdan sonra gətirici kanalizasiya kollektoru, tullantı sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və yardımçı obyektlər vahid və dayanıqlı infrastruktur kompleksi kimi fəaliyyət göstərəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir