Bakının Sabunçu rayonunda qadın bıçaqlanaraq qətlə yetirilib.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də saat 23 radələrində Məmmədli qəsəbəsində qeydə alınıb.
48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadığı evdə bıçaq xəsarətləri nəticəsində həyatını itirib.
Hadisəni törətməkdə onun 64 yaşlı həyat yoldaşı Rövşən Soltanov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
