Bakıda piyada keçidində ana və azyaşlı oğlu vuruldu

Bakıda piyada keçidində ana və azyaşlı oğlu vuruldu

Bakının Nərimanov rayonunda ana və azyaşlı oğlunun vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Xəbəraxını xəbər verir ki, qəza zamanı qadın və onun azyaşlı oğlu piyada keçidindən keçərkən avtomobil onları vurub.

Hadisə yerində xidmət aparan yol polisi əməkdaşları dərhal müdaxilə edərək xəsarət alan ana və uşağı xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Tibb müəssisəsində hər iki yaralıya təxirəsalınmaz tibbi yardım göstərilib. Həkimlərin müdaxiləsi nəticəsində onların həyatını xilas etmək mümkün olub.

Hadisənin digər təfərrüatları ilə bağlı məlumat verilmir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir