Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Nəsimi rayonunda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı aparılan Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində yol örtüyünün bərpası həyata keçiriləcək.

Təmir-bərpa işlərinin qısa müddətdə başa çatdırılması məqsədilə istirahət günlərindən də istifadə olunmaqla ərazidə intensiv işlər aparılacaq.

Bununla əlaqədar sentyabrın 18-i saat 23:00-dan sentyabrın 20-si saat 02:00-dək Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsi ilə Hənifə Ələsgərova küçəsi arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir