Bakının Qaradağ rayonunda itə qarşı rəhmsiz davranan şəxs saxlanılıb.
“Xəbəraxını“nın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində heyvanla amansız rəftar edən şəxsin Ağakişiyev soyadlı vətəndaş olduğu müəyyənləşdirilib.
Faktla bağlı həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Ağakişiyev heyvanla rəhmsiz rəftar etdiyinə görə inzibati qaydada 25 sutka müddətinə həbs olunub.
