Bakıda iki rayonda yollar bağlanır: Sürücülərə xəbərdarlıq edildi

Bakıda iki rayonda yollar bağlanır: Sürücülərə xəbərdarlıq edildi

Bakının iki rayonunda aparılacaq təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Sürücülərdən həmin ərazilərdə alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, oktyabrın 14-də saat 08:00-dan etibarən Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Binəqədi rayonunda isə məhdudiyyətlər iki mərhələdə tətbiq olunacaq. Belə ki, Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 15-də saat 08:00-dan hərəkət qismən məhdudlaşdırılacaq. Oktyabrın 16-da saat 23:00-dan etibarən isə həmin yol sahəsində nəqliyyatın hərəkəti tam dayandırılacaq.

AAYDA sürücülərə yollarda sıxlığın yaranmaması üçün səfərlərini əvvəlcədən planlaşdırmağı, alternativ marşrutlardan istifadə etməyi və qeyd olunan ərazilərdə diqqətli olmağı tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir