Bakıda iki metro stansiyasını birləşdirən tunel tikilir – İşlərin nə vaxt bitəcəyi açıqlandı

Bakıda iki metro stansiyasını birləşdirən tunel tikilir – İşlərin nə vaxt bitəcəyi açıqlandı

Bakıda “Cəfər Cabbarlı” və “Nizami” metro stansiyalarını birləşdirəcək 211 metrlik tunelin inşası davam edir. Layihənin gələn ilin iyul ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Xəbəraxını xəbər verir ki, bu barəd “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində kabellərin köçürülməsi işləri artıq yekunlaşıb. Hazırda tunelin hər iki istiqamətində qazıntı işləri aparılır.

Məmməd Rzayev bildirib ki, ilkin mərhələdə 39 metr tunel qazıldığı halda, hazırda qazıntı işlərinin ümumi həcmi 63 metrə çatıb.

Departament rəhbəri əlavə edib ki, tikinti işləri təsdiq olunmuş qrafikə uyğun davam etdirilir və indiyədək hər hansı gecikmə qeydə alınmayıb.

Qeyd edək ki, tunelin inşası Bakı Metropoliteninin “yaşıl” və “qırmızı” xətlərinin ayrılması layihəsinin bir hissəsidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir