Bakıda dövlət qurumlarında iş saatları dəyişir: yeni rejim sınaqdan keçiriləcək

Bakıda dövlət qurumlarında iş saatları dəyişir: yeni rejim sınaqdan keçiriləcək

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərdə, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərdə sentyabrın 15-dən etibarən 2 ay müddətinə dəyişkən iş qrafiki sınaqdan keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qeyd olunan qurumlarda iş vaxtı 3 fərqli rejim üzrə təşkil olunacaq: 08:00-17:00, 09:00-18:00 və 09:30-18:30. Hər iş rejimi üzrə əməkdaşların sayının 30 faizdən az olmaması şərti qoyulub.

İki ay ərzində aidiyyəti dövlət qurumları nəqliyyat sıxlığını qiymətləndirəcək. Sınağın nəticələri təhlil edildikdən sonra iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq.

Dəyişkən iş qrafikinin tətbiqi Prezidentin Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tapşırıq əsasında həyata keçirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir