Bu gün saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsində giriş-çıxış məhdudlaşdırılacaq.
Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət “Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədardır.
Qeyd olunub ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, eləcə də Bayıl bulvarına giriş-çıxış açıq olacaq.
