Bakıda 90 küçə və prospekt təmir edildi – Bu 14 ünvanda isə işlər başlayacaq

Bakıda 90 küçə və prospekt təmir edildi – Bu 14 ünvanda isə işlər başlayacaq

Bakıda yol infrastrukturunun yenilənməsi üzrə işlərin böyük hissəsi başa çatıb. Paytaxtın 12 inzibati rayonunu əhatə edən proqram çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub. Hazırda proqram üzrə işlərin 82 faizi icra edilib.

Məlumata görə, paytaxtın daha 6 küçə və prospektində təmir işləri davam etdirilir. Növbəti mərhələdə isə əlavə 14 küçə və prospektdə yenilənmə işlərinə başlanılması planlaşdırılır.

Proqramın əsas məqsədi Bakıda yol infrastrukturunu yaxşılaşdırmaq, sürücülərin və piyadaların hərəkətini daha rahat və təhlükəsiz etməkdir. Təmirə başlanacaq növbəti küçə və prospektlərin siyahısı barədə əlavə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir