Qara dənizdə azərbaycanlı və türkiyəli dənizçilərin olduğu yük gəmisinə dronla hücum edilib. Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi məlumat yayıb.
Hadisənin avqustun 25-də baş verdiyi bildirilib. Məlumata görə, Liberiya bayrağı ilə üzən və “Statu Dənizçilik” şirkətinə məxsus “STAR-2” quru yük gəmisi Tuapse limanından çıxarkən dron hücumuna məruz qalıb.
Qeyd olunub ki, insident zamanı gəmidə 15 Azərbaycan və 4 Türkiyə vətəndaşı olan dənizçi olub.
Hücum nəticəsində ekipaj üzvlərindən heç birinin xəsarət almadığı bildirilib.
