Almaniyanın Brandenburq əyalətindəki məktəblərdən birində silahlı insident baş verib.
“Zeit” nəşrinə istinadən verdiyimiz məlumata görə, hadisə zamanı iki nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Məlumata əsasən, atəş açmaqda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisə nəticəsində bir kişi və bir qadının öldüyü bildirilir. Bununla belə, ölən şəxslərin kimliyi rəsmi şəkildə açıqlanmayıb.
Silahlı hücumun hansı səbəbdən törədildiyi hələlik müəyyənləşdirilməyib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
