Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı tədarükü həyata keçirilib.

Məlumata görə, 17 çən vaqondan ibarət və ümumi çəkisi 989 ton olan dizel yanacağı Biləcəri dəmir yolu stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

Bundan başqa, Rusiya ilə Ermənistan arasında yükdaşımalar çərçivəsində Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 334 ton taxta göndərilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir