Azərbaycanda pul bazasının həcmi avqustun 31-i tarixinə 24,2 milyard manat təşkil edib.
İlin əvvəlindən bu göstəricidə 1,8 milyard manat və ya 7,9 faiz artım qeydə alınıb.
Avqust ayı ərzində isə pul bazası təxminən 296 milyon manat, yaxud 1,2 faiz artıb. İllik müqayisədə artım 3,1 milyard manat və ya 14,8 faiz təşkil edib.
