Azərbaycanda avqustun 30-na hava proqnozu açıqlanıb

Azərbaycanda avqustun 30-na hava proqnozu açıqlanıb

Avqustun 30-da Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu və yağmursuz keçəcək. Lakin axşam saatlarından başlayaraq bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru isə ayrı-ayrı ərazilərdə qısamüddətli leysan və şimşək ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi bildirilir.

Paytaxt və Abşeronda gecə temperaturu 22-25, gündüz isə 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 faiz, gündüz 45-50 faiz təşkil edəcək.

Ölkənin şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 19-24, gündüz 31-35 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 12-17, gündüz 20-25 dərəcə isti proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir