Avqustun 29-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun bəzi bölgələrdə 36 dərəcəyədək yüksələcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Paytaxt və Abşeron yarımadasında gecə saatlarında temperatur 21-25°, gündüz isə 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 50-55% təşkil edəcək.
Ölkənin əksər rayonlarında da əsasən yağmursuz hava müşahidə olunacaq. Bununla belə, bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, gecə və axşam saatlarında ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv yağıntı, şimşək və dolu ehtimalı var.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Rayonlarda havanın temperaturu gecə 20-25°, gündüz 32-36° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 20-25° isti proqnozlaşdırılır.
