Azərbaycan və İordaniya arasında vizasız rejim təklif olunur

Azərbaycan və İordaniya arasında vizasız rejim təklif olunur

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçirilən iclasında Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi ilə bağlı sazişin təsdiqinə dair qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu olan şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi nəzərdə tutulur.

Müzakirələrin ardından qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir