Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2027-ci il yanvarın 2-si saat 06:00-dək davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılmışdı.
