Azərbaycan Xarici İşlər Nazirliyi Nepal-Çin sərhəd bölgəsində baş verən daşqın və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.
XİN “X” sosial şəbəkə hesabında paylaşım edərək təbii fəlakət nəticəsində insanların həlak olması və genişmiqyaslı dağıntıların baş verməsindən dərin kədər hissi keçirdiyini bildirib.
“Bu faciəvi fəlakətdə həyatını itirənlərin ailələrinə və doğmalarına səmimi qəlbdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşənlərin sağ-salamat tapılması ilə nəticələnəcək”, – deyə paylaşımda qeyd olunub.

