Azərbaycanda Savanna cinsli pişik balaları 10 min dollara, yəni təxminən 17 min manata satışa çıxarılıb.
Xəbəraxını xəbər verir ki, məlumat elan saytlarında yerləşdirilib. Elanlarda pişiklərin qiymətinin cinsiyyətindən asılı olaraq dəyişə biləcəyi də bildirilib.
Qeyd edək ki, Savanna pişikləri ekzotik görünüşü ilə seçilən cinslər sırasındadır.
