Azərbaycanda 100-dən çox dövlət domeninə kiberhücum edildi – Rəsmi açıqlama

Azərbaycanda 100-dən çox dövlət domeninə kiberhücum edildi – Rəsmi açıqlama

Azərbaycanda dövlət informasiya sistemlərini hədəf alan kiberhücum qeydə alınıb. Hücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yaranıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında bildirilib.

Məlumata əsasən, 13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı kiberhücumlar müşahidə olunub.

Hücumun xarici haker qruplaşması tərəfindən həyata keçirildiyi və dövlət informasiya infrastrukturuna aid 100-dən artıq domenin hədəfə alındığı qeyd edilib.

Bildirilib ki, insident nəticəsində bir sıra dövlət orqanlarının internet saytlarının fəaliyyətində fasilələr baş verib. Lakin görülən texniki tədbirlər sayəsində hücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hazırda kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir