Azərbaycan millisinin cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
“Xəbəraxını” xəbər verir ki, cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Vüsal Qələndərzadə tatamiyə çıxıb.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 final mərhələsində Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşıb.
Qələndərzadə rəqibini ipponla məğlub edərək turnirdə növbəti mərhələyə yüksəlib.
Cüdoçumuz 1/16 finalda estoniyalı Saad Dikajevlə üz-üzə gələcək.
