Avtomobilə etibarnamə tələbi ləğv oluna bilərmi? – Ekspertdən mühüm açıqlama

Avtomobilə etibarnamə tələbi ləğv oluna bilərmi? – Ekspertdən mühüm açıqlama

Avtomobillərin etibarnamə əsasında idarə olunması məsələsi son dövrlərdə yenidən müzakirə olunan mövzulardan birinə çevrilib. Rəqəmsal xidmətlərin sürətlə inkişaf etdiyi bir vaxtda avtomobildən istifadə üçün notarial etibarnamənin tələb olunmasının nə dərəcədə zəruri olduğu sual doğurur.

Xəbəraxını “Xəzər TV”yə istinadən xəbər verir ki, mütəxəssislər Azərbaycanda avtomobillərin müvəqqəti istifadəsi ilə bağlı mövcud mexanizmlərin müasir texnologiyalara uyğunlaşdırılmasının mümkün olduğunu bildirirlər.

Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, hazırda vətəndaşlar müxtəlif onlayn platformalar vasitəsilə avtomobili asanlıqla sifariş edə və müvəqqəti istifadəyə götürə bilirlər. Belə hallarda avtomobili idarə etmək üçün ayrıca notarial etibarnamənin tələb olunmaması avtomobildən müvəqqəti istifadə hüququnun daha çevik üsullarla tənzimlənə biləcəyini göstərir.

Cəfərov hesab edir ki, mövcud texnoloji imkanlar nəzərə alınaraq notarial etibarnamə sisteminin zəruriliyi yenidən qiymətləndirilə bilər.

Ekspert digər ölkələrin bu sahədə tətbiq etdiyi mexanizmlərin araşdırılmasının və Azərbaycanda da avtomobildən istifadə hüququnun daha operativ, sadə və müasir üsullarla tənzimlənməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir