Amnistiya ilə azadlığa çıxan kişi həyat yoldaşını döydü – Məhkəmə hökmü açıqlandı

Amnistiya ilə azadlığa çıxan kişi həyat yoldaşını döydü – Məhkəmə hökmü açıqlandı

Bakıda amnistiya qərarı ilə həbsdən azad edilən kişi barışdığı həyat yoldaşına qarşı zorakılıq edib. Qadına xəsarət yetirən şəxs saxlanılıb və məhkəmənin qərarı ilə 6 ay müddətinə azadlığı məhdudlaşdırılıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Məlumata görə, 1983-cü il təvəllüdlü Rəfail İbrahimov 2024-cü ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

2025-ci ildə həyat yoldaşından boşanan Rəfail 2026-cı ildə Milli Məclisin amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Azadlığa çıxdıqdan sonra keçmiş həyat yoldaşı ilə barışaraq yenidən birgə yaşamağa başlayıb.

Lakin bir müddət sonra cütlük arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəfail İbrahimov həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.

Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Rəfail İbrahimova 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir