Ağstafa rayonunda məktəbdə müəllimlər arasında dava baş verib.
Xəbəraxınının əldə etdiyi məlumata görə, hadisə Ağstafa şəhər 1 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müəllimin bildirdiyinə görə, onu məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova döyüb.
İlkin məlumata əsasən, hadisəyə səbəb dərs bölgüsü olub. Belə ki, S.Əhmədovanın cari ildə dərs saatlarının az olduğu və bunun məsuliyyətini həmkarında gördüyü bildirilir. Nəticədə hər iki müəllim arasında mübahisə yaranıb və hadisə davaya çevrilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, daxil olan müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.
