Ağdamda yeni istehsal müəssisəsi yaradılır

Ağdamda yeni istehsal müəssisəsi yaradılır

Ağdam Sənaye Parkında 14,2 milyon manatlıq yağ istehsalı müəssisəsi yaradılacaq

Ağdam Sənaye Parkında (ASP) yeni istehsal müəssisəsinin yaradılması planlaşdırılır. Parkın yeni rezidenti “Ağdam Agro Yağ” MMC tərəfindən 14,2 milyon manat investisiya dəyəri olan yağ istehsalı layihəsi həyata keçiriləcək.

Şirkətin park ərazisində yaradacağı müəssisədə rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı nəzərdə tutulur.

Xəbəraxını “Oxu.Az”a istinadən xəbər verir ki, “Ağdam Agro Yağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı əsasında 190 hektar ərazidə yaradılıb. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişinə töhfə vermək, Qarabağın sənaye potensialını inkişaf etdirmək, sahibkarlığı dəstəkləmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Sənaye Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem və gübrənin istehsalı və emalı, həmçinin müxtəlif xidmət sahələrinin və soyuducu kameraların yaradılması prioritet istiqamətlər hesab olunur.

Parkda fəaliyyət göstərən rezidentlər üçün dövlət tərəfindən bir sıra güzəştlər tətbiq edilir. Belə ki, onlar 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. İstehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal da 10 il müddətinə ƏDV və gömrük rüsumlarından azad edilir.

Bundan əlavə, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Rezidentlərinin sayına görə ölkə üzrə ikinci yerdə olan Ağdam Sənaye Parkında istehsal edilən məhsullar həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixraca yönəldilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir