Abşeron xəstəxanasında insident: baş həkimin müavini bıçaqlandı

Abşeron xəstəxanasında insident: baş həkimin müavini bıçaqlandı

Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlanıb. Xəbəraxını Lent.az- a istinadən xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasında bıçaqlanma hadisəsi baş verib.

Hadisə zamanı tibb müəssisəsinin baş həkiminin müavini əvvəllər həmin xəstəxanada çalışmış əməkdaş tərəfindən bıçaqlanıb.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs işdən çıxarılan əməkdaş Elçin Balayevdir.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Balayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi və digər hallar araşdırma zamanı müəyyənləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir