ABŞ siyasi tarixində diqqətçəkən hadisə baş verib. Demokrat namizəd Abdul Əl-Səyyid Miçiqan ştatında keçirilən seçkilərdə respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ölkə tarixində Senata seçilən ilk müsəlman olub.
Xəbəraxını xəbər verir ki, 42 yaşlı misir əsilli amerikalı həkim və epidemioloqun qələbəsi noyabrın 3-də keçirilən aralıq seçkilərdən sonra elan edilib. Associated Press və digər media qurumları onun qələbəsini təsdiqləyən proqnozlar yayıb.
Əl-Səyyid seçki kampaniyası zamanı bir sıra mühüm siyasi və sosial məsələlərlə bağlı mövqeyi ilə diqqət çəkib. O, ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını, bütün vətəndaşlar üçün universal tibbi sığorta sisteminin yaradılmasını və İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) ləğvini müdafiə edib.
“The Independent” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Əl-Səyyidin adını dəfələrlə səhv tələffüz edib və onu “cihadçı dəli” adlandırıb. Tramp siyasətçini ölkəyə nifrət etməkdə də ittiham edib.
Seçki kampaniyası zamanı Əl-Səyyid Trampa ironik cavab verməyi də unutmayıb. O, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə də toxunaraq belə deyib:
“Donald, bilirəm ki, mənim adımı tələffüz etməkdə çətinlik çəkirsən. Ona görə də yanvarda Cey Di məni and içdirəndən sonra mənə sadəcə ‘senator’ deyə bilərsən”.
Əl-Səyyidin qələbəsi ABŞ-da müsəlmanların siyasi təmsilçiliyi baxımından tarixi hadisə kimi qiymətləndirilir. Onun Senata seçilməsi ölkənin siyasi tarixində yeni səhifə açıb.
