ABŞ-nin Hörmüz boğazında İranın mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər həyatını itirib.
IRIB-ə istinadən verdiyi məlumata görə, bunu İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi açıqlayıb.
Nazir bildirib ki, ötən gecə İranın müxtəlif əyalətlərinə həyata keçirilən hava hücumları nəticəsində 18 nəfər ölüb, 108 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İran obyektlərinə genişmiqyaslı zərbələr endirib.
Bunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarının raket və PUA-larla atəşə tutulduğunu açıqlayıb.
