Sertifikasiyadan keçə bilməyən 1000-dən çox müəllim işlə təmin olunub – Nazirlikdən AÇIQLAMA

Sertifikasiyadan keçə bilməyən 1000-dən çox müəllim işlə təmin olunub – Nazirlikdən AÇIQLAMA

Sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin bir qismi Elm və Təhsil Nazirliyi tərəfindən alternativ vəzifələrə cəlb olunur.

Xəbəraxını xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə açıqlama verib.

Onun sözlərinə görə, sertifikasiyadan keçə bilməyən şəxslər sosial həssas qruplara dəstək çərçivəsində Uşaqların Müdafiəsi İdarəsində sosial pedaqoq kimi fəaliyyət göstərə bilirlər.

Nazir müavini bildirib ki, həmin şəxslər tam və ya yarımştat əsaslarla işə cəlb olunur, lakin məktəblərdə müəllim kimi dərs demirlər.

K.Kərimzadənin qeyd edib ki, bu istiqamətdə çalışanların sayı 1000 nəfəri ötüb. Növbəti mərhələlərdə onların sayının daha da artırılması nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir