Bred Pittin qızı atasının soyadından imtina etdi

Bred Pittin qızı atasının soyadından imtina etdi

Hollivud ulduzu Bred Pittin qızı Vivyen Coli-Pitt rəsmi olaraq atasının soyadını adından çıxarıb.

Xəbəraxını xəbər verir ki, məlumata görə, əvvəllər Vivyen Marshelin Coli-Pitt adı ilə tanınan gənc bundan sonra Vivyen Marshelin Coli adını daşıyacaq.

Noyabrın 2-də keçirilən məhkəmə iclasında adın dəyişdirilməsinə heç bir etiraz bildirilməyib və müraciət təsdiqlənib.

Qeyd edək ki, Vivyen Bred Pittin soyadından imtina edən ilk övladı deyil. Şiloh, Maddoks və Zahara da daha əvvəl soyadlarının dəyişdirilməsi üçün məhkəməyə müraciət ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir