Azərbaycanlı gənc İrəvana dostunun toyuna getdi : Sərhəddə 3 saat gözlədildi

Azərbaycanlı gənc İrəvana dostunun toyuna getdi : Sərhəddə 3 saat gözlədildi

Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Turab Zeynalov Ermənistana səfəri zamanı yaşadıqlarını bölüşüb.

Xəbəraxını xəbər verir ki, bu barədə T. Zeynalov özünün “YouTube” kanalında video yayımlayıb.

Gənc videonun əvvəlində tanışları ilə birlikdə dostunun toyunda iştirak etmək üçün İrəvana yollandığını bildirib. O, azərbaycanlı əsilli olduğuna görə Ermənistan sərhədindən keçməsinə icazə verilib-verilməyəcəyindən əmin olmadığını qeyd edib.

Zeynalovun sözlərinə görə, sərhəddə təxminən üç saat gözləməli olub. Bu müddətdə ondan Azərbaycana sonuncu səfərinin vaxtı ilə bağlı suallar soruşulub. Daha sonra isə onun ölkəyə girişinə icazə verilib.

Turab Zeynalov İrəvanda şəhəri gəzdiyini və paytaxtın bəzi xüsusiyyətlərinə görə Bakıya bənzədiyini də bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir