“Bitcoin” oktyabrı ucuzlaşma ilə başa vurdu – Son 12 ilin göstəricisi

“Bitcoin” oktyabrı ucuzlaşma ilə başa vurdu – Son 12 ilin göstəricisi

“Bitcoin” sentyabr ayının sonu ilə müqayisədə oktyabrda 7,32% dəyər itirib.

Xəbəraxını xəbər verir ki, bu barədə “Coinglass” platformasının məlumatlarında bildirilib.

Qeyd olunur ki, sonuncu dəfə oktyabr ayında daha böyük ucuzlaşma 2014-cü ildə qeydə alınıb. Həmin vaxt kriptovalyutanın qiyməti 12,57% aşağı düşüb. “Bitcoin” 2018-ci ilin oktyabrında 4,65%, 2025-ci ilin eyni dövründə isə 3,95% ucuzlaşıb. Digər illərdə isə kriptovalyuta oktyabr ayını qiymət artımı ilə başa vurub.

2026-cı ildə “Bitcoin” yanvarı 10,16%, fevralı 14,79%, mayı 3,57%, iyunu isə 20,41% itki ilə tamamlayıb.

“Ethereum” da oktyabr ayında ciddi ucuzlaşma ilə üzləşib. Kriptovalyuta ay ərzində 16,06% dəyər itirib. Bu, 2016-cı ildən bəri oktyabr ayı üzrə ən böyük enişdir. Həmin il “Ethereum”un qiyməti 16,84% azalmışdı. 2018, 2024 və 2025-ci illərin oktyabr aylarında da müvafiq olaraq 15,23%, 3,35% və 7,21% ucuzlaşma qeydə alınıb.

“Binance”ın noyabrın 3-də Bakı vaxtı ilə saat 04:40-a olan məlumatına əsasən, “Bitcoin” 1,16% ucuzlaşaraq 77 158 dollara, “Ethereum” isə 0,54% geriləyərək 2 258 dollara düşüb.

“CoinMarketCap”ın məlumatına görə, noyabrın 3-nə kriptovalyuta bazarının ümumi kapitallaşması 2,58 trilyon dollar olub. Bunun 1,54 trilyon dolları (59,9%) “Bitcoin”in, 275,53 milyard dolları (10,7%) isə “Ethereum”un payına düşüb.

“Coinglass”ın açıqladığı statistikaya əsasən, son 24 saat ərzində dünya kriptovalyuta birjalarında 92 mindən çox treyderin ümumilikdə 379,47 milyon dollar dəyərində mövqeyi likvidasiya edilib. Bu məbləğin 301,55 milyon dolları uzun, 77,92 milyon dolları isə qısa mövqelərin payına düşüb.

Ən böyük likvidasiya əməliyyatı “Binance” platformasında ETH/USDT ticarət cütlüyü üzrə qeydə alınıb. Əməliyyatın həcmi 8,35 milyon dollar təşkil edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir