Azərbaycana bəyan edilmədən gətirilməyə çalışılan 433 mobil telefon gömrük əməkdaşları tərəfindən aşkarlanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin dartıcı hissəsində gizlədilən və gömrük orqanlarına bəyan edilməyən 433 mobil telefon aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
