ABŞ İrana zərbə endirdi – Qeşm adasında partlayışlar baş verdi

ABŞ İrana zərbə endirdi – Qeşm adasında partlayışlar baş verdi

ABŞ silahlı qüvvələri İranın Hörmüz boğazında yerləşən Qeşm adasına zərbələr endirib.

Xəbəraxını xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr İranın ABŞ-yə məxsus uçuş aparatına atəş açmasından sonra həyata keçirilib. ABŞ tərəfi əməliyyatı müdafiə xarakterli addım kimi qiymətləndirib.

Bildirilib ki, bu hücum Vaşinqtonun İrana qarşı müntəzəm hərbi zərbələri bərpa etməsi və ya münaqişədə yeni eskalasiyanın başlanması kimi dəyərləndirilməməlidir.

İranın IRNA xəbər agentliyi isə daha əvvəl yerli mənbələrə istinadən Qeşm adasında azı beş partlayışın baş verdiyini bildirib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir