17 yaşlı Azərbaycan çempionu vəfat etdi – Gənc idmançının ölümü ilə bağlı səbəb nədir?

17 yaşlı Azərbaycan çempionu vəfat etdi – Gənc idmançının ölümü ilə bağlı səbəb nədir?

Azərbaycanın idman dırmanması üzrə yeniyetmə millisinin üzvü Həvva Yambulatova 17 yaşında dünyasını dəyişib.

Xəbəraxını xəbər verir ki, gənc idmançı “Shusha Climbers” klubunda çıxış edib. O, boulderinq və çətinlik üzrə dırmanma yarışlarında iştirak edərək bir sıra uğurlara imza atıb.

Həvva Yambulatova Azərbaycan Alpinizm Federasiyasının təşkil etdiyi ölkə birincilikləri və kuboklarında mükafatçılar arasında yer alıb. O, 2026-cı ilin sentyabrında yeniyetmə və gənclər arasında boulderinq üzrə ölkə birinciliyində qızıl medal qazanaraq Azərbaycan çempionu adını əldə edib.

Gənc idmançı beynəlxalq yarışlarda da uğur qazanıb. Belə ki, o, Türkiyənin Samsun şəhərində keçirilən “Amisos Beynəlxalq Dırmanma Turniri”ndə iki medal qazanıb.

Qeyd edək ki, Həvva Yambulatovanın vəfatının səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir