Apple istifadəçilərinə xəbərdarlıq: Cihazlar ələ keçirilə bilər

Apple istifadəçilərinə xəbərdarlıq: Cihazlar ələ keçirilə bilər

“Apple” məhsullarında aşkarlanan təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edilib. Boşluqdan istifadə edən kiberdələduzlar şəxsi məlumatlara çıxış əldə edə və cihazları ələ keçirə bilərlər.

Xəbəraxını xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) bununla bağlı məlumat yayıb.

Bildirilib ki, “iOS”, “iPadOS” və “macOS” əməliyyat sistemlərinin bəzi versiyalarında qeydə alınan təhlükəsizlik problemi istifadəçilər üçün ciddi risk yaradır.

Məlumata görə, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, “WhatsApp” və “Telegram” vasitəsilə isə aldadıcı mesajlarla zərərli fayllar göndərilir. Əməliyyat sisteminin son versiyasından istifadə etməyən şəxslər bu faylları açdıqları halda cihazlarının kiberdələduzların nəzarətinə keçməsi təhlükəsi ilə üzləşə bilərlər. Nəticədə şəxsi məlumatlar icazəsiz əldə edilə bilər.

İstifadəçilərə vacib tövsiyələr

Milli Kibertəhlükəsizlik Agentliyi mümkün təhlükələrdən qorunmaq üçün vətəndaşlara bir sıra tədbirləri görməyi tövsiyə edib:

  • “iPhone”, “iPad” və “Mac” cihazlarının əməliyyat sistemlərini ən son versiyaya yeniləyin;
  • Naməlum və etibarsız mənbələrdən göndərilən faylları açmayın;
  • Avtomatik sistem yeniləmələrini aktivləşdirin.

Mütəxəssislərin tövsiyələrinə əməl etmək cihazların təhlükəsizliyini qorumağa və şəxsi məlumatların ələ keçirilməsi riskini azaltmağa kömək edə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir