Bu rayonda istilik 15 gün tez veriləcək

Bu rayonda istilik 15 gün tez veriləcək

Naxçıvan şəhərində 2026–2027-ci illərin istilik mövsümünə noyabrın 1-də start veriləcək. Həmin tarixdən etibarən şəhərdəki fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin olunacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli, 128 nömrəli qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonunda istilik mövsümü noyabrın 1-dən başlayaraq 2027-ci il mayın 1-dək davam edəcək.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının oktyabrın 29-da imzaladığı sərəncama əsasən, noyabrın 1-dən şəhərdə bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların işləməsi təmin ediləcək.

Beləliklə, Naxçıvan sakinləri noyabrın ilk günündən etibarən istiliklə təmin olunmağa başlayacaqlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir