Könül Əliyeva ilk dəfə azərbaycanlı qadın cüdoçu olaraq Böyük Dəbilqənin sahibi oldu.

Könül Əliyeva ilk dəfə azərbaycanlı qadın cüdoçu olaraq  Böyük Dəbilqənin sahibi oldu.

Azərbaycan millisinin üzvü Könül Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində qızıl medal qazanaraq tarixə düşüb.

Xəbəraxını xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının “Patrul.az”a verdiyi məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən idmançı yarışın bütün mərhələlərində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu nəticə ilə Könül Əliyeva “Böyük Dəbilqə” turnirində çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu olub.

Yarışa 1/8 final mərhələsindən başlayan idmançı Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı məğlub edib. O, 1/4 finalda niderlandlı Amber Gersyesə, yarımfinalda isə fransalı Melani Lequ-Klemana qalib gəlib.

Final qarşılaşmasında Türkiyə cüdoçusu Merve Azakla üz-üzə gələn Əliyeva rəqibindən üstün olaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, bu, Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir