Ukraynanın Dnepropetrovsk şəhərində dəmiryolu vağzalına pilotsuz uçuş aparatı ilə hücum nəticəsində azı 13 nəfər ölüb, beş nəfərdən çox insan yaralanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə şəhərin meri Boris Filatov məlumat verib.
Merin sözlərinə görə, hücum zamanı mülki elektrik qatarı hədəfə alınıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja isə Rusiya Silahlı Qüvvələrinin şəhərdəki nəqliyyat infrastrukturu obyektinə zərbə endirdiyini bildirib.
Onun açıqlamasına əsasən, hadisə nəticəsində azı 13 nəfər həyatını itirib, ən azı beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılara tibbi yardım göstərilir.
Məlumata görə, yüksək təhlükə barədə xəbərdarlıq elan olunmasına baxmayaraq, hücum zamanı platformada insanlar olub.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
