Abşeron rayonunun Saray qəsəbəsində ər-arvad arasında borc pul üstündə yaranan mübahisə cinayət hadisəsi ilə nəticələnib.
Xəbəraxını xəbər verir ki, məlumata görə, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir – red.) həyat yoldaşından borc alaraq pulu bir neçə gün ərzində qaytaracağını vəd edib.
Razılaşdırılmış müddət başa çatdıqdan sonra qadın həyat yoldaşından borcunu geri istəyib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
Mübahisə zamanı Sabir Əliyev həyat yoldaşını döyərək bıçaqlayıb. Hadisə yerinə gələn polis əməkdaşları kişini saxlayıblar.
Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər barışdıqlarını elan ediblər və cinayət işinə xitam verilib.
