İlham Əliyev və ailəsi sərgidə iştirak etdi: 90-dan çox əsər nümayiş olunur

İlham Əliyev və ailəsi sərgidə iştirak etdi: 90-dan çox əsər nümayiş olunur

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

Xəbəraxını xəbər verir ki, dövlət başçısı və ailə üzvləri Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilən “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın şəxsi kolleksiyasından seçilmiş 90-dan çox əsər təqdim edilir. Ekspozisiyaya 1960-cı illərdən bu günədək yaradılmış monumental rəngkarlıq nümunələri və kiçikformatlı qrafik işlər daxildir.

Fərhad Xəlilovun yaradıcılığında realizmdən avanqard və mücərrəd sənətə qədər müxtəlif istiqamətlər yer alır. Onun əsərlərində rənglərin özünəməxsusluğu, işıq-kölgə həlli və təsvir olunan məkanın yaratdığı emosional təsir xüsusi diqqət çəkir.

Rəssamın yaradıcılığında Abşeron mövzusu mühüm yer tutur. Onun tablolarında yarımadanın təbiəti, sahil mənzərələri, kəndləri və dəyişkən hava şəraiti fərdi bədii üslubla əks olunur.

Sərgi sənətkarın yaradıcılığında Abşeron mövzusunun illər ərzində keçdiyi inkişafı və bu mövzunun onun sənət dünyasındakı yerini nümayiş etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir